
Samsung Galaxy A55 5G smartfonu təqdimata hazırlaşır
Cihazlar+
21.11.2023
Emil
Samsung şirkəti artıq müəyyən müddətdir ki, Galaxy A55 5G smartfonu üzərində çalışır. Görünür, sözügedən smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Galaxy A seriyasının bu yeni smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, smartfon artıq təqdimata hazırdır. Çox güman ki, Galaxy A55 5G gələn ilin əvvəlində təqdim olunacaq. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazası sayəsində məlum olub ki, sözügedən smartfon 25 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Galaxy A54 5G smartfonu da 25 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
