Logo
    main-post-cover

    Samsung Galaxy A55-in arxa kamera göstəriciləri açıqlanıb

    Cihazlar+
    12.01.2024
         Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının yeni smartfonlarını təqdim etməyə hazırlaşır. Onlardan biri də Galaxy A55 olacaq. İndi isə internetdə Galaxy A55-in sahib olacağı arxa kameralar barəsində məlumat ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy A55 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Onlardan ən əsası 50 MP-lik olacaq. Bununla yanaşı smartfon özündə 12 MP-lik geniş bucaqlı obyektivi və 5 MP-lik makro obyektivi birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym OLED ekranla təchiz olunacaq və Exynos 1480 prosessoru vasitəsilə çalışacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy A55-in arxa kamera göstəriciləri açıqlanıb | Technote