Logo
    main-post-cover

    Samsung Galaxy A55-in dizaynı yeni render foto vasitəsilə təsdiqlənib

    Cihazlar+
    09.02.2024
    Emil
         Samsung şirkətinin təqdimata hazırladığı Galaxy A55 smartfonunun yeni render fotosu internetdə ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun həm ön həm də arxa paneli əks olunub. Fotodan da görmək olar ki, Galaxy A55 smartfonu yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi yerləşəcək. Son məlumat sızıntılarına əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym OLED ekranla təchiz olunacaq və Exynos 1480 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP + 12 MP + 5 MP üçlü arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
    Paylaş