
Samsung Galaxy A55-in əsas özəlliklərindən biri məlum olub
Cihazlar+
24.01.2024
Emil
Samsung şirkəti hal-hazırda Galaxy A seriyasının yeni smartfonlarını təqdim etməyə hazırlaşır. Onlardan biri də Galaxy A55 olacaq. Məlum olub ki, Galaxy A55 smartfonu ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. FCC-də mövcud məlumatlara əsasən Galaxy A55 smartfonu 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bununla yanaşı smartfon özündə 5G dəstəyini birləşdirəcək və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə sahib olacaq. Galaxy A55-in yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
