Samsung Galaxy A55-in hansı prosessor vasitəsilə çalışacağı məlum olub
Cihazlar+
25.09.2023
Emil
Samsung şirkəti özünün Galaxy A smartfon seriyasının daha bir modeli üzərində aktiv şəkildə çalışır. Söhbət, Galaxy A55-dən gedir. İndi isə sözügedən smartfon barəsində yeni məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumat smartfonun prosessorunu əhatə edir. Beləliklə məlumata əsasən şirkət hal hazırda S5E8845 model nömrəsinə sahib prosessoru özündə birləşdirən Galaxy A55-i test edir. Sözügedən prosessorun Exynos 1480 adlanacağı güman edilir.
Belə ki, Exynos 1280 prosessoru S5E8825 model nömrəsinə, Exynos 1380 prosessoru isə S5E8835 model nömrəsinə sahibdir. Exynos 1480-nin əsas fərqləndirici xüsusiyyəti AMD qrafikasının dəstəyi ola bilər. Qeyd etmək lazımdır ki, AMD-nin qrafik nüvələrinin Exynos prosessorlarına inteqrasiya olunmaları mövzusunda Samsung ilə AMD-nin əməkdaşlığı artıq sirr deyil. Bundan əlavə olaraq gözləntilərə əsasən Galaxy A55 smartfonu həmçinin 50 MP-lik əsas arxa kameranı da əldə edəcək. Smartfonun gələn il təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar