
Samsung Galaxy A55 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
18.12.2023
Emil
Samsung şirkəti Galaxy A seriyasının yeni smartfonlarını artıq təqdim etməyə başlayıb. Keçən həftə şirkət Galaxy A15 və A25 smartfonlarını təqdim etdi. İndi isə görünür, növbə Galaxy A55-dədir. Belə ki, Galaxy A55 smartfonunun Geekbench testlərindən keçdiyi məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy A55 smartfonu Exynos 1480 prosessoru vasitəsilə çalışacaq. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1180 xal, çox nüvəli testi çərçivəsində isə 3536 xal toplayıb. Son məlumatlara əsasən Exynos 1480 prosessoru özündə 2.75 GHz tezlikdə çalışan 4 ədəd yüksək performanslı nüvəni və 2.05 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirəcək. Bundan əlavə olaraq prosessor RDNA2 arxitekturası əsasında hazırlanmış Xclipse 530 qrafik çipini əldə etməlidir. Galaxy A55-in gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung-un öz qarışıq reallıq (AR + VR) cihazını nə zaman təqdim edəcəyi məlum olub
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Apple Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının rəqibi üzərində çalışır.

Cihazlar+
Samsung Galaxy Xcover 7-nin batareya həcmi məlum olub
Artıq müəyyən müddət ərzində ortaya çıxan məlumatlara əsasən Samsung şirkəti hal hazırda dözümlü gövdəyə sahib Galaxy Xcover 7 smartfonu üzərində çalışır.

Cihazlar+
Samsung Galaxy S24 Ultra-da 10 qat zoom-a sahib kamera olmaya bilər
Ice Universe ləqəbli məşhur insayder Galaxy S24+ və S24 Ultra smartfonları barəsində yeni məlumatlar verib.

Proqram Təminatı
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy F14 5G üçün istifadəyə verilib
Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy F seriyasının daha bir modeli üçün istifadəyə verib.

Proqram Təminatı
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M54 üçün istifadəyə verilib
Samsung şirkəti öz smartfonlarını Android 14 ilə təmin etməyə davam edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
