Samsung Galaxy A55 smartfonunun render fotoları təqdim edilib
Cihazlar+
04.12.2023
Emil Nəcəfov
OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə Samsung şirkətinin Galaxy A55 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Render fotoları təqdim edilmiş bu smartfonun maraqlı bir özəlliyi var və o, smartfonun gövdə ətrafı çərçivəsi ilə əlaqəlidir. Məsələ burasındadır ki, smartfon metal materialdan hazırlanmış gövdə ətrafı çərçivəyə sahibdir. Bununla belə çərçivənin qalınlığı hər yerdə eyni deyil. Çərçivənin özü ümumi olaraq yastıdır. Lakin yandırıb/söndürmə düyməsinin yerləşdiyi sahədə çərçivə daha qalındır. Digər yastı ekranlı smartfonların fonunda bu cür dizayn bir qədər qeyri-adi görünür.
Qeyd etmək lazımdır ki, hələ keçən həftə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy A55-in gövdə ətrafı çərçivəsini plastik materialdan metal materiala keçirə bilər. Məlumata əsasən Galaxy A55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.55 düym ekranla təchiz olunacaq və AMD-nin qrafik çipinə sahib Exynos 1480 prosessoru vasitəsilə çalışacaq. Smartfonun özündə 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı, 32 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Galaxy A55 gələn ilin əvvəlində təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
Samsung şirkəti hal hazırda Çindəki olan rəqib şirkətlər tərəfindən böyük təzyiqlə üzləşir.
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.
Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub
Samsung Galaxy S24 smartfonlarının RAM yaddaşları məlum olub
Samsung Galaxy S24 smartfon seriyasının təqdimatı yaxınlaşdıqca onun barəsində daha çox məlumat ortaya çıxır.
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
Samsung Galaxy Z Fold 6 və Z Flip 6-da ekran ölçüləri böyüyəcək
Ross Young adlı məşhur insayder Samsung şirkətinin gələn təqdim edəcəyi qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları barəsində yeni məlumatları təqdim edib.
Samsung Exynos prosessorlarının rebrendiqini planlaşdırır
Samsung Exynos prosessorlarının rebrendiqini planlaşdırır
Görünür, Samsung şirkəti öz Exynos prosessorlarının rebrendiqini planlaşdırır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!