Logo
    main-post-cover

    Samsung Galaxy A56-nın fotoları təqdim edilib

    Cihazlar+
    09.01.2025
    Emil
         Samsung şirkətinin hazırladığı yeni smartfonlardan biri də Galaxy A56-dır. İndi isə Çinin TENAA adlı sertifikatlaşdırma agentliyi Samsung şirkətinin hazırladığı bu smartfonunun yeni fotolarını təqdim edib. Təqdim edilmiş fotolara əsasən Galaxy A56 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Bununla yanaşı smartfon Galaxy A seriyası üçün xas olmayan yeni arxa kamera sahəsi dizaynını əldə edəcək. Belə ki, Galaxy A56-da arxa kameralar oval formalı uzunsov sahənin daxilində yerləşəcəklər. Fotolardan birində görmək olar ki, smartfon özündə 3 ədəd arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Galaxy A56 smartfonu Exynos 1580 prosessoru vasitəsilə çalışacaq və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş