
Samsung Galaxy A56-nın render fotoları təqdim edilib
Cihazlar+
26.11.2024
Emil
Samsung şirkətinin Galaxy A seriyasında hazırladığı yeni modellərdən biri də Galaxy A56-dır. İndi isə OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə sözügedən yeni smartfonun render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonun həm arxa paneli həm də ön paneli əks olunub. Fotolardan da görmək olar ki, Galaxy A56 smartfonu yastı gövdə dizaynını əldə edəcək. Onun ekranı üzərində kiçik dairəvi çıxıntı, arxa panelində isə oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Məlumata əsasən smartfon özündə 50 MP + 12 MP + 5 MP üçlü arxa kameranı birləşdirəcək. Ön kameraya gəldikdə isə o, 12 MP-lik olmalıdır. Galaxy A56-nın gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
