Logo
    main-post-cover

    Samsung Galaxy A56-nın texniki imkanları və satış qiyməti ortaya çıxıb

    Cihazlar+
    06.01.2025
    Emil
         Samsung şirkətinin Galaxy A seriyasında hazırladığı yeni smartfonlardan biri də Galaxy A56-dır. Onun bu ilin birinci rübündə təqdim olunacağı gözlənilir. İndi isə internetdə Galaxy A56-nın texniki imkanları və satış qiyməti ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Galaxy A56 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli Dynamic AMOLED ekranla təchiz olunacaq. Məlumatda ekranın ölçüsü qeyd edilməsə də, güman etmək olar ki, söhbət, 6.6 düym ölçülü ekrandan gedir.
         Bundan əlavə olaraq məlumata əsasən smartfon Exynos 1580 prosessoru vasitəsilə çalışacaq və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda smartfon 50 MP + 12 MP + 5 MP üçlü arxa kameraya və 12 MP-lik ön kameraya sahib olmalıdır. Batareyaya gəldikdə isə Galaxy A56-nın 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Məlumatda qeyd edilib ki, Galaxy A56-nın satış qiyməti 550$ təşkil edəcək.
    Paylaş