
Samsung Galaxy A56 smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
03.10.2024
Emil
Samsung şirkəti Galaxy A seriyasının yeni orta büdcəli smartfonu üzərində çalışır. Söhbət, Galaxy A56-dan gedir. O öz növbəsində Galaxy A55-i əvəzləyəcək. İndi isə məlum olub ki, Galaxy A56 smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə Geekbench-in məlumatlar bazasına əsasən Galaxy A56 smartfonu 8 nüvəli prosessor vasitəsilə çalışacaq.
Söhbət, özündə 2.91 GHz tezlikdə çalışan 1 ədəd əsas nüvəni, 2.6 GHz tezlikdə çalışan 3 ədəd performans nüvəsini və 1.95 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini birləşdirən prosessordan gedir. Çox güman ki, bu, Exynos 1580 prosessoru olacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Beləliklə Galaxy A56 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 1341 xal, çox nüvəli testi çərçivəsində isə 3836 xal toplayıb. Çox güman ki, Galaxy A56 gələn ilin əvvəlində təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
