Logo
    Samsung Galaxy A73 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

    Samsung Galaxy A73 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

    Cihazlar+
    23.11.2023
         Samsung şirkəti öz flaqman smartfonları ilə yanaşı orta büdcəli smartfonlarını da Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy A73 smartfonuna çatıb. Belə ki, şirkət sözügedən smartfon üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verib. Galaxy A73 üçün istifadəçi interfeysinin stabil versiyası A736BXXU5DWK2 nömrəsi altında təqdim edilib və o, ilk olaraq smartfonun Malayziya və bəzi Asiya ölkələrindəki istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zamanda OneUI 6.0-ın stabil versiyası Galaxy A73-ün digər ölkələrdəki istifadəçiləri üçün də təqdim ediləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy A73 üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib