
Samsung Galaxy Book 4 noutbuku Geekbench testlərindən keçib
Cihazlar+
04.12.2023
Emil
Bir neçə saat bundan öncə biz məlumat verdik ki, Samsung şirkəti Galaxy Book 4 noutbuk seriyasının təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, bu seriyanın Galaxy Book 4 modeli Geekbench testlərindən keçib. Bunun sayəsində noutbukun hansı prosessor vasitəsilə çalışdığı məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy Book 4 noutbuku 16 nüvəli Intel Core Ultra 9 185H prosessorunu əldə edəcək. Bununla yanaşı noutbuk özündə 32 GB RAM-ı birləşdirəcək. Galaxy Book 4 noutbuku Geekbench-in bir nüvəli testi çərçivəsində 2047 xal, çox nüvəli testi çərçivəsində isə 11 274 xal toplayıb. Galaxy Book 4 noutbuk seriyasının 15 dekabr tarixində təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy S25 və S25+ smartfonlarının kameralarında ciddi dəyişiklik ola bilər
Samsung şirkətinin Galaxy S24 smartfon seriyasını hələ təqdim etməməsinə baxmayaraq internetdə artıq Galaxy S25 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb.

Cihazlar+
Samsung Galaxy Book 4 noutbuklarını təqdim etməyə hazırlaşır
Samsung şirkəti Galaxy Book 4 adlı yeni noutbuk seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
Samsung Galaxy A55 smartfonunun render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə Samsung şirkətinin Galaxy A55 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib.

Cihazlar+
Samsung Galaxy A35 və A55 flaqman smartfonların özəlliklərindən birini əldə edə bilərlər
Samsung şirkəti hal hazırda Çindəki olan rəqib şirkətlər tərəfindən böyük təzyiqlə üzləşir.

Cihazlar+
Samsung Galaxy S24 smartfonlarının təqdimatları çox yaxındır
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti Galaxy S24 smartfon seriyasını yanvar ayında təqdim edəcək.
Ən çox oxunanlar

BMT: "Süni zəka 2033-cü ilə qədər iş yerlərinin yarısını ixtisar edəcək"
