
Samsung Galaxy Buds 3 Pro süni zəka funksiyasını əldə edəcək
Cihazlar+
14.12.2023
Emil
Samsung şirkəti hal hazırda müxtəlif növ smartfonlar ilə yanaşı həmçinin Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində də çalışır. İndi isə sözügedən qulaqlıq barəsində maraqlı bir məlumat ortaya çıxıb. Belə ki, Koreyanın kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən Galaxy Buds 3 Pro nitqin digər dillərə tərcüməsi üçün nəzərdə tutulmuş süni zəka funksiyasını əldə edəcək. Qeyd etmək lazımdır ki, Samsung daha öncə oxşar funksiyanı smartfonlar üçün anons etmişdi. Söhbət, AI Live Translate Call funksiyasından gedir. Sözügedən funksiya telefon danışıqlarını real zaman ərzində digər dillərə tərcümə etmək üçündür. Galaxy Buds 3 Pro-da isə buna bənzər funksiyanın necə reallaşdırılacağı və necə çalışacağı bilinmir. Bu yeni naqilsiz qulaqlıq artıq gələn ay Galaxy S24 smartfon seriyası ilə birgə təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
