main-post-cover

    Samsung Galaxy F seriyasının smartfonlarını uzun müddət ərzində dəstəkləyəcək

    Cihazlar+
    01.06.2023
    Emil Nəcəfov
        Samsung şirkəti öz smartfonlarının dəstəklənmə müddəti ilə bağlı siyasətini yaxşılaşdırmağa davam edir. Hələ bir neçə müddət bundan öncə şirkət rəsmi şəkildə elan etmişdi ki, o öz flaqman və Galaxy A seriyasına daxil olan smartfonlarını daha uzun müddət ərzində dəstəkləyəcək. İndi isə məlum olub ki, şirkət eyni siyasəti həmçinin Galaxy F seriyasının smartfonlarında da istifadə etməyi hədəfləyib. İnsayderlərin verdikləri məlumata əsasən Galaxy F seriyasının 4 il ərzində əməliyyat sistemi yenilənməsini əldə edəcək ilk smartfonu Galaxy F54 5G olacaq.
        Qeyd etmək lazımdır ki, sözügedən smartfon gələn həftə təqdim olunacaq və o, qutudan Android 13 vasitəsilə çalışacaq. İnsayderlərin sözlərinə əsasən Galaxy F54 5G smartfonu nəticə etibarilə Android 14-ü, Android 15-i, Android 16-nı və Android 17-ni əldə edəcək. Bununla yanaşı şirkət bu smartfon üçün 5 il ərzində təhlükəsizlik yenilənmələrini təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Galaxy F54 5G 6 iyun tarixində təqdim ediləcək.
    Linki kopyala