main-post-cover

    Samsung Galaxy F14 5G barəsində bəzi məlumatlar ortaya çıxıb

    Cihazlar+
    09.03.2023
    Emil Nəcəfov
        Keçən ilin yay fəslində Samsung şirkəti Galaxy F13 adlı büdcəli smartfonunu təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq Galaxy F14 5G modeli üzərində çalışır. Sözügedən smartfon Google Play Console-un məlumatlar bazasında aşkar edilib. Məlumata əsasən Galaxy F14 5G modeli Full HD+ keyfiyyəti LCD ekran, Samsung-un Exynos 1330 adlı yeni prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Smartfon Android 13 əməliyyat sistemi vasitəsilə çalışacaq. Galaxy F14 5G-nin digər texniki özəllikləri və onun nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala