
Samsung Galaxy F15 5G təqdimata hazırlaşır
Samsung şirkəti yaxın zamanda Galaxy F seriyasının yeni modelini təqdim etməyə hazırlaşır. Söhbət, Galaxy F15 5G-dən gedir. Sözügedən smartfon Samsung-un Hindistan üzrə şöbəsinin saytında SM-E156B/DS model nömrəsi ilə ortaya çıxıb. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. Samsung-un saytında Galaxy F15 5G-nin texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin bəzi məlumat sızıntılarına əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək, MediaTek Dimensity 6100 Plus prosessoru vasitəsilə çalışacaq və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
Paylaş