
Samsung Galaxy F34 5G-nin nə zaman təqdim olunacağı rəsmi şəkildə məlum olub
Keçən həftə Samsung şirkəti rəsmi şəkildə bildirmişdi ki, o, Galaxy F34 5G adlı yeni smartfonunu təqdim etməyə hazırlaşır. İndi isə şirkət onun təqdimatını anons edib. Verilmiş məlumata əsasən Galaxy F34 5G smartfonu 7 avqust tarixində təqdim ediləcək. Məlumatlara inansaq, Galaxy F34 5G modeli Galaxy M34 5G modelinin kopyası olacaq. Yəni Galaxy F34 5G 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym OLED ekran, 50 MP-lik əsas arxa kamera və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər