Logo
    main-post-cover

    Samsung Galaxy F34 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.08.2023
    Emil
        Samsung daha öncə də söz verdiyi kimi Galaxy F smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy F34-dən gedir. Bu yeni smartfon yüksək göstəricidə təsvir yenilənməsinə sahib ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Samsung Galaxy F34 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunub. Ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub və onun yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Galaxy F34 həmçinin özündə kontaktsız ödənişlər üçün NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy F34 modeli Exynos 1280 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 5 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy F34-ün Hindistanda satışlarına 12 avqust tarixində start veriləcək. Onun qiyməti 254$-dan start götürəcək. Smartfonun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş
    Bənzər xəbərlər