main-post-cover

    Samsung Galaxy F52 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    20.05.2021
    Farid Pardashunas
        Samsung şirkəti 5G dəstəkli yeni orta büdcəli smartfonunu təqdim edib. Təqdim edilmiş yeni smartfon Galaxy F seriyasına daxildir. Söhbət, Galaxy F52 5G-dən gedir. Galaxy F52 5G modeli təkcə performanslı texniki özəllikləri ilə marağı cəlb etmir. Belə ki, smartfon özündə yüksək təsvir yenilənməsinə sahib ekranı, dördlü arxa kameranı və sürətli şarj texnologiyasının dəstəyini birləşdirir. Beləliklə Galaxy F52 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2408x1080 piksel keyfiyyətli 6.6 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşir.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 750G prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (ToF sensor) dördlü arxa kamera, 16 MP-lik (f/2.0 diafraqma) ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşir. Galaxy F52 5G smartfonu 310$ qiymətində satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər