
Samsung Galaxy F54 5G-nin satış qiyməti məlum olub
Samsung şirkəti dünən Galaxy F54 5G smartfonunun təqdimatını anons etdi. Smartfon 6 iyun tarixində Hindistanda təqdim ediləcək. İndi isə onun satış qiyməti barəsində məlumat ortaya çıxıb. Məlum olub ki, Galaxy F54 5G əvvəl düşünüldüyündən daha ucuz qiymətə satılacaq. Belə ki, məlumatda qeyd edilib ki, smartfonun 256 GB daxili yaddaş həcminə sahib versiyası Hindistanda 345$-a satılacaq. Daha öncə isə düşünülürdü ki, smartfon 380-430$-a satılacaq. Gözləntilərə əsasən Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran, Exynos 1380 prosessoru, 108 MP-lik əsas arxa kamera və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər