
Samsung Galaxy F54 5G-nin təqdimatı anons edilib
Son bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda Galaxy F54 5G smartfonunun təqdimatını anons edib. Beləliklə şirkət tərəfindən təqdim edilmiş posterə əsasən smartfon 6 iyun tarixində Hindistanda təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışmalı və özündə 108 MP-lik əsas arxa kamera ilə 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir.
Paylaş
Bənzər xəbərlər