Samsung Galaxy F54 5G-nin yeni render fotoları təqdim edilib

Samsung Galaxy F54 5G-nin yeni render fotoları təqdim edilib

Mobil Cihazlar
24.05.2023 PAYLAŞIM

    Samsung-un hal hazırda Galaxy F54 5G smartfonu üzərində çalışdığı artıq məlumdur. İnsayderlər sözügedən smartfonun yeni render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolar smartfonun arxa panelini və yan hissəsini sərgiləyirlər. Fotolardan da görmək olar ki, Galaxy F54 5G smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq.


    Məlumat sızıntılarına əsasən smartfon özündə 108 MP-lik əsas arxa kameranı birləşdirəcək. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Galaxy F54 5G-nin 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacağı gözlənilir. Smartfon böyük ehtimal ilə Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy F54 5G yaxın zamanda təqdim edilməlidir.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×