Samsung Galaxy F54 5G smartfonu hansı qiymətə satılacaq?

Samsung Galaxy F54 5G smartfonu hansı qiymətə satılacaq?

Mobil Cihazlar
18.05.2023 PAYLAŞIM

    Dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti hal hazırda Galaxy F54 5G smartfonu üzərində çalışır. İndi isə insayderlər onun hansı qiymətə satılacağı barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən Galaxy F54 5G smartfonu bazara iki daxili yaddaş versiyasında satışa çıxacaq. Onlardan biri 128 GB, digəri isə 256 GB daxili yaddaş həcminə sahib olacaq. Hər iki versiya 8 GB RAM ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, 256 GB daxili yaddaş həcminə sahib versiya 436$-a satılacaq.

    Söhbət, smartfonun Hindistan bazarı üçün nəzərdə tutulmuş satış qiymətindən gedir. Digər regionlarda onun satış qiyməti dəqiq şəkildə fərqlənəcək. Son məlumat sızıntılarına əsasən Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Galaxy F54 5G ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim olunmalıdır.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×