main-post-cover

    Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.06.2023
    Emil Nəcəfov
        Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim etdi. Bu, Galaxy A54 5G-nin bir qədər yaxşılaşdırılmış versiyasıdır. Belə ki, Galaxy A54 5G-dən fərqli olaraq Galaxy F54 5G daha böyük həcmli batareyanı əldə edib və daha keyfiyyətli əsas arxa kamera ilə təchiz olunub. Beləliklə Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym Super AMOLED+ ekran ilə təchiz olunub və Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
        Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Bundan əlavə olaraq onun gövdəsi IP67 standartı üzrə sudan qorunur. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy F54 5G Exynos 1380 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F54 5G yaxın günlərdə Hindistanda 365$-a satışa çıxacaq. Onun digər ölkələrdə satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala