Samsung Galaxy F54 5G smartfonunun icmal videosu artıq ortaya çıxıb (VİDEO
Cihazlar+
31.05.2023
Farid Pardashunas
Artıq məlumdur ki, Samsung şirkəti 6 iyun tarixində Galaxy F54 5G smartfonunu təqdim edəcək. İndi isə sözügedən smartfonun icmal videosu Gadgets In Nepal adlı Youtube kanalında ortaya çıxıb. Ortaya çıxmış icmal videosu smartfon barəsində daha öncəki məlumat sızıntılarını təsdiqləyir. Belə ki, Galaxy F54 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym Super AMOLED ekran ilə təchiz olunacaq.
Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Galaxy F54 5G Exynos 1380 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Smartfon 108 MP + 8 MP + 2 MP üçlü arxa kameraya, 32 MP-lik ön kameraya və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahib olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)