main-post-cover

    Samsung Galaxy F54 smartfonu üzərində çalışır

    Cihazlar+
    12.04.2023
    Emil Nəcəfov
        Samsung yanvar ayında Galaxy F04-ü təqdim etməklə Galaxy F seriyasını yeniləməyə başladı. Lakin şirkət bu smartfon seriyasında yeni modellərin təqdim edilməsi məsələsində tələsmir. Belə ki, şirkət Galaxy F04-dən sonra yalnız Galaxy F14-ü təqdim edib. Lakin yaxın zamanda bu smarttfon seriyasına yeni model daxil olacaq. Söhbət, Galaxy F54-dən gedir. Verilmiş məlumata əsasən sözügedən yeni smartfon SM-E546B/DS model nömrəsini və 5830 mAh enerji tutumlu batareyanı əldə edib.
        Bu isə o deməkdir ki, smartfonun kommersiya məqsədli versiyasının batareya həcmi 6000 mAh təşkil edəcək. Formal olaraq Galaxy F54 barəsində digər bir məılumat yoxdur. Lakin böyük ehtimal ilə Galaxy F54 modeli Galaxy M54-ün kopyası olacaq. Bu isə o deməkdir ki, Galaxy F54 böyük ehtimal ilə 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Exynos 1380 prosessoru və 108 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Galaxy F54-ün nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala