Logo
    main-post-cover

    Samsung Galaxy F54-ün təqdimat tarixi barəsində məlumat verilib

    Cihazlar+
    13.04.2023
        Dünən xəbər ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy F54 adlı yeni smartfon üzərində çalışır və bu smartfon 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İndi insayderlər Galaxy F54-ün nə zaman təqdim olunacağı barəsində məlumat veriblər. Verilmiş məlumata əsasən Galaxy F seriyasının yeni smartfonu aprel ayının son həftəsində Hindistanda təqdim ediləcək. Məlumat sızıntılarına əsasən Galaxy F54 smartfonu Galaxy M54-ün kopyası olacaq. Burdan da belə qənaətə gəlmək olar ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Exynos 1380 prosessoru və 108 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...