
Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
08.05.2025
Emil
Samsung şirkəti Galaxy F smartfon seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy F56-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və Exynos prosessorunu əldə edib. Beləliklə Galaxy F56 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Üstəlik ekran Gorilla Glass Victus+ qoruyucu şüşəsi ilə əhatə olunub.

Samsung bildirib ki, bu, Galaxy F seriyasının ən nazik gövdəli smartfonudur. Belə ki, onun gövdə qalınlığı 7.2 mm təşkil edir. Smartfon Exynos 1480 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 12 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy F56 artıq Hindistanda satışa çıxıb və onun qiyməti 304$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
