main-post-cover

    Samsung Galaxy Fit 3 smart qolbağı təqdim olunub

    Cihazlar+
    22.02.2024
    Emil Nəcəfov
         Son bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti sonunda Galaxy Fit 3 smart qolbağını rəsmi şəkildə təqdim edib. Bu smart qolbaq barəsində daha öncə ortaya çıxmış bütün məlumat sızıntıları təsdiqləniblər. Beləliklə Galaxy Fit 3 smart qolbağı alüminiumdan hazırlanmış 40 mm-lik gövdəyə sahibdir. Bu isə onun gövdəsinin Galaxy Fit 2-nin gövdəsindən 45% böyük edir. Bununla yanaşı smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan və IP68 standartı üzrə tozdan qorunur. Smart saat 402x256 piksel keyfiyyətli 1.6 düym AMOLED ekranla təchiz olunub və bir ədəd fiziki idarəetmə düyməsini əldə edib.
         Ekran həmçinin Always-on-Display funksiyasını dəstəkləyir. Galaxy Fit seriyasında ilk dəfə olaraq bu yeni smart qolbaq düşüşün təyin edilməsi və SOS çağırışı imkanlarını dəstəkləyir. Smart qolbaq düşüşün təyin edilməsi halında istifadəçiyə təcili yardım xidməti ilə əlaqə yaratmaq imkanını verir. Fövqəladə hallar zamanı isə Galaxy Fit 3 vasitəsilə SOS çağırışını göndərmək olar. Bunun üçün smart qolbağın fiziki düyməsinə 5 dəfə klikləmək lazımdır.
         Galaxy Fit 3 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə bilir və stress ilə yuxu səviyyəsini monitorinq edir. İstifadəçi öz istəyinə uyğun olaraq Galaxy Fit 3 vasitəsilə Galaxy smartfonunun kamerasını və ya media kontentlərin idarəsini reallaşdıra bilər. Smart saat 208 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bunun sayəsində o, 14 gün ərzində çalışa bilər. Galaxy Fit 3 artıq sabah bəzi Avropa ölkələrində satışa çıxacaq. Onun satış qiyməti barəsində isə məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Ring smart üzüyü bu ilin ikinci yarısında təqdim oluna bilər
    samsung-galaxy-ring-smart-uzuyu-bu-ilin-ikinci-yarisinda-teqdim-oluna-biler
    Samsung Galaxy Z Fold 6 vacib özəlliyindən məıhrum ola bilər
    samsung-galaxy-z-fold-6-vacib-ozelliyinden-meihrum-ola-biler
    Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
    samsung-kecen-ilki-cihazlari-ucun-oneui-61-istifadeci-interfeysini-anons-edib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-daha-boyuk-hecmli-batareyalari-elde-ede-bilerler
    Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək
    galaxy-ai-suni-zeka-funksiyalari-samsung-galaxy-watch-ve-galaxy-fit-cihazlarinda-da-istifadeye-verilecek