
Samsung Galaxy Fit 3 smart qolbağının bəzi texniki imkanları ortaya çıxıb
Cihazlar+
12.12.2023
Emil
Son zamanlarda ortaya çıxmış məlumata əsasən Samsung şirkəti Galaxy Fit 3 smart qolbağı üzərində çalışır. İndi isə sözügedən smart qolbağın texniki imkanları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Galaxy Fit 3 smart qolbağı 1.61 düym OLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smart qolbağın gövdəsi IP68 standartı üzrə sudan qorunacaq. Məlumatda qeyd edilib ki, Galaxy Fit 3-ün gövdəsi alüminiumdan hazırlanacaq. Smart qolbağın çəkisi 21,39 qramm təşkil edəcək və o, bir dəfə şarj olunandan sonra 21 gün ərzində çalışa biləcək. Galaxy Fit 3-ün gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
