main-post-cover

    Samsung Galaxy Fit 3 smart qolbağının bütün texniki özəllikləri internetdə ortaya çıxıb

    Cihazlar+
    20.02.2024
    Emil Nəcəfov
         Samsung şirkəti yaxın zamanda Galaxy Fit 3 smart qolbağını təqdim etməlidir. İndi isə sözügedən smart qolbağın bütün texniki göstəricilərini özlərində birləşdirən marketinq materialları internetdə ortaya çıxıb. Ortaya çıxmış marketinq materiallarına əsasən Galaxy Fit 3 smart qolbağı 402x256 piksel keyfiyyətli 1.6 düym AMOLED ekrana sahib olacaq. Smart qolbağın gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunacaq. Bununla yanaşı Galaxy Fit 3 özündə 16 MB RAM-ı, 256 MB daxili yaddaş həcmini və 208 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumatda qeyd edilib ki, smart qolbaq ürək döyüntüləri tezliklərini və qandakı oksigen miqdarını ölçə biləcək. Smart qolbaq vasitəsilə distant şəkildə smartfon kamerasını və musiqi tətbiqini idarə etmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A55 5G şirkət saytında ortaya çıxıb
    samsung-galaxy-a55-5g-sirket-saytinda-ortaya-cixib
    Samsung Galaxy F15 5G-nin promo materialları ortaya çıxıb
    samsung-galaxy-f15-5g-nin-promo-materiallari-ortaya-cixib
    Android 15-i əldə edəcək Samsung cihazlarının siyahısı təqdim edilib
    android-15-i-elde-edecek-samsung-cihazlarinin-siyahisi-teqdim-edilib
    Samsung Galaxy F15 5G smartfonu Geekbench testlərindən keçib
    samsung-galaxy-f15-5g-smartfonu-geekbench-testlerinden-kecib
    Samsung Galaxy A35 5G və A55 5G üçün nəzərdə tutulmuş keyslərin fotoları təqdim edilib
    samsung-galaxy-a35-5g-ve-a55-5g-ucun-nezerde-tutulmus-keyslerin-fotolari-teqdim-edilib