
Samsung Galaxy Fit 3 smart qolbağının nə zaman təqdim olunacağı barəsində məlumat verilib
Cihazlar+
08.12.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Fit smart qolbağının üçüncü nəsli üzərində çalışır. Qeyd etmək lazımdır ki, şirkət Galaxy Fit 2-ni 2020-ci ildə təqdim etmişdi. İndi isə Galaxy Fit 3-ün nə zaman təqdim olunacağı barəsində məlumat verilib. Beləliklə Business Korea saytının vermiş olduğu məlumata əsasən smart qolbağın üçüncü nəsli gələn ilin birinci yarısının sonuna kimi təqdim ediləcək. Daha öncə məlumat yayılmışdı ki, Samsung ümumiyyətlə Galaxy Fit seriyasını ləğv etməyi planlaşdırır. Lakin görünür, bu məlumat həqiqəti əks etdirmir. Galaxy Fit 3-ün texniki göstəriciləri barəsində dəqiq bir məlumat yoxdur. Sadəcə olaraq qeyd edilib ki, şirkət gələn il 1 milyon ədəd smart qolbağı satışa çıxartmağı planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
