
Samsung Galaxy Fit 3 smart qolbağının texniki göstəriciləri ortaya çıxıb
Cihazlar+
01.02.2024
Emil
İnternetdə Samsung Galaxy Fit 3 smart qolbağı barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Dünən sözügedən smart qolbağın fotoları Samsung-un saytında ortaya çıxmışdılar. İndi isə internetdə Galaxy Fit 3-ün texniki özəllikləri ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Samsung-un bu yeni smart qolbağı 1.6 düym AMOLED ekranla təchiz olunacaq. Smart qolbağın gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və özündə GPS texnologiyasının dəstəyini birləşdirəcək. Məlumatda qeyd edilib ki, Galaxy Fit 3 istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək və 200 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bu cür batareya həcmi sayəsində smart qolbaq 13 gün ərzində çalışa biləcək. Smart qolbaqda 100-dən çox idman rejiminin dəstəyi gözlənilir. Galaxy Fit 3-ün yaxın zamanda təqdim olunacağı güman edilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung bəzi köhnə cihazlarını bu il yenidən satışa çıxaracaq
Məşhur insayder Roland Quandt-ın vermiş olduğu məlumata əsasən Samsung şirkəti bəzi köhnə cihazlarını bu il yenidən satışa çıxaracaq.

Cihazlar+
Qatlana bilən Samsung Galaxy Z Flip 6-nın batareya həcmi barəsində məlumat ortaya çıxıb
Samsung yay fəslində yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 6 və Z Flip 6-dan gedir.

Cihazlar+
Samsung Galaxy Fit 3 smart qolbağının fotoları ortaya çıxıb
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Fit 3 adlı yeni smart qolbağın təqdimatına hazırlaşır.

Tech-Biznes
Samsung dünyanın ən böyük prosessor istehsalçısı statusundan məhrum olub
Counterpoint Research şirkəti 2023-cü ilin ən böyük prosessor istehsalçılarının gəlirlərini əhatə edən reytinqi təqdim edib.

Proqram Təminatı
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F13 üçün istifadəyə verilib
Samsung şirkəti öz smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy F13 smartfonuna çatıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
