Samsung Galaxy Fold 6 Special Edition-un mümkün təqdimat tarixi məlum olub
Samsung qısa reklam videosunu təqdim edib. Təqdim edilmiş videonun sonunda bir tarix əks olunub. Bu, şirkətin növbəti təqdimat tədbirinin tarixini əks etdirir. Çox güman ki, videonun sonunda Galaxy Z Fold 6-nın daha nazik gövdəli xüsusi versiyasının təqdimat tarixi əks olunub. Beləliklə videoya əsasən Samsung-un növbəti təqdimat tədbiri 21 oktyabr tarixində baş tutacaq. Son məlumat sızıntılarına əsasən Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası Galaxy Fold 6 Special Edition adlanacaq. Gözləntilərə əsasən Galaxy Fold 6 Special Edition-un gövdə qalınlığı tam qapaqlı vəziyyətdə 10.6 mm, tam açıq vəziyyətdə isə 4.9 mm təşkil edəcək. Bununla yanaşı yeni qatlana bilən smartfonun titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə edəcəyi güman edilir.
samsung foldable phone
samsung foldable phone 2024
samsung
samsung galaxy fold 6 special edition
galaxy fold 6 special edition
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...