main-post-cover

    Samsung Galaxy M04 adlı yeni büdcəli smartfon üzərində çalışır

    Cihazlar+
    30.11.2022
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə Samsung şirkəti Galaxy A04 Galaxy A04e smartfonlarını təqdim etmişdi. İndi isə şirkət daha bir büdcəli smartfon üzərində çalışır. Söhbət, Galaxy M04 smartfonundan gedir. Sözügedən smartfon Google Play Console-un məlumatlar bazasında ortaya çıxıb. Məlumata əsasən Galaxy M04 modeli 8 nüvəli MediaTek Helio G35 prosessoru və 3 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı smartfon HD+ keyfiyyətli ekran, ekran üzərində damcı formalı çıxıntı hissə və yandırıb/söndürmə düyməsinə inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası əldə edəcək. Smartfon Android 12 əməliyyat sistemi vasitəsilə çalışacaq. Gözləntilərə əsasən Galaxy M04 modeli 120$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər