
Samsung Galaxy M34 5G-nin satış qiyməti barəsində məlumat verilib
Samsung şirkəti 7 iyul tarixində Galaxy M seriyasının yeni smartfonunu təqdim edəcək. Söhbət, Galaxy M34 5G-dən gedir. İndi isə insayderlər sözügedən smartfonun texniki göstəriciləri və satış qiyməti barəsində məlumatları veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy M34 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.64 düym AMOLED ekran ilə təchiz olunacaq. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşəcək. Smartfon Exynos 1280 prosessoru vasitəsilə çalışacaq və özündə optik stabilizasiyalı 50 MP-lik əsas arxa kameranı və 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. İnsayderlər bildiriblər ki, Galaxy M34 5G smartfonu 220-232$ satış qiymətinə sahib olacaq.
Paylaş
Bənzər xəbərlər