
Samsung Galaxy M34 5G-nin təqdimatına hazırlaşır
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy M seriyasının yeni modelini satışa çıxarmağa hazırlaşır. Söhbət, Galaxy M34 5G-dən gedir. Görünür, smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Samsung-un Hindistan üzrə şöbəsi Galaxy M34 5G-nin tizer fotosunu təqdim edib. Təəssüflər olsun ki, tizer fotoda smartfonun dəqiq təqdimat tarixi qeyd edilməyib. Lakin çox güman ki, Galaxy M434 5G gələn ayın əvvəlində təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Galaxy M34 5G smartfonu Galaxy A34 5G-nin kopyası olacaq. Bu isə o deməkdir ki, Galaxy M34 5G 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.6 düym AMOLED ekran, MediaTek Dimensity 1080 və ya Dimensity 7050 prosessoru, 48 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər