Logo
    main-post-cover

    Samsung Galaxy M34 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.07.2023
    Emil
        Samsung şirkəti Galaxy M seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy M34 5G-dən gedir. Smartfon özündə böyük ölçülü ekranı, Exynos prosessorunu və böyük həcmli batareyanı birləşdirir. Beləliklə Galaxy M34 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Galaxy M34 5G Exynos 1280 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini, 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı, 12 MP-lik ön kameranı və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Smartfon OneUI 5.0 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy M34 5G 15 iyul tarixində Hindistanda satışa çıxacaq. 6 GB RAM-a sahib model 200$-a, 8 GB RAM-a sahib model isə 230$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər