
Samsung Galaxy M34 5G smartfonunda istifadəçilərin istəklərini nəzərə alacaq
Samsung artıq yaxın zamanda Galaxy M34 5G smartfonunu təqdim etməlidir. Bu səbəbdən də şirkət smartfon ilə bağlı maraqlı bir tizer fotosunu təqdim edib. Təqdim edilmiş tizer fotosu vasitəsilə şirkət bildirib ki, o, istifadəçilər arasında sorğu keçirib və sorğu nəticəsində istifadəçilərə vaciob olan smartfon özəlliklərini təyin etməyə çalışıb. Sorğuda iştirak etmiş istifadəçilərin seçimləri belədir. Optik stabilizasiyalı kamera, 5000 mAh-lıq batareya, Super AMOLED ekran, daha uzun müddət ərzində proqram təminatı dəstəyi, sürətli prosessor və bütün bu özəlliklərin hamısı. Samsung-un verdiyi məlumata əsasən o bu sorğunun nəticələrini mütləq şəkildə nəzərə alacaq. Bu isə o deməkdir ki, Galaxy M34 5G-nin optik stabilizasiyalı kamera., sürətli prosessor, 5000 mAh-lıq batareya və s. ilə təchiz olunma şansı yüksəkdir.
Paylaş
Bənzər xəbərlər