
Samsung Galaxy M44 smartfonunun real fotosu ortaya çıxıb
Cihazlar+
10.10.2023
Emil
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy M44 adlı yeni smartfon üzərində çalışır. İndi isə sözügedən smartfonun real fotosu ortaya çıxıb. Ortaya çıxmış fotodan da görmək olar ki, Galaxy M44 smartfonu xarici görünüşcə digər Galaxy smartfonlarına bənzəyəcək. Smartfon üçlü arxa kameraya sahib olacaq. Texniki göstəricilərə gəldikdə isə məlumata əsasən Galaxy M44 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekran ilə təchiz olunacaq və 50 MP-lik əsas arxa kameraya sahib olacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Şimali Koreya hakerləri Google Play-ə zərərli tətbiqlər yükləyiblər
