
Samsung Galaxy M54 smartfonu təqdim olunub
Samsung şirkəti Galaxy M seriyasının yeni modelini təqdim edib. Söhbət, Galaxy M54-dən gedir. Bu yeni smartfonun əsas özəllikləri arasında böyük AMOLED ekran, sürətli şarj texnologiyası dəstəyinə sahib böyük həcmli batareya və təkmilləşdirilmiş kameralar var. Beləliklə Galaxy M54 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy M54 smartfonu 5 nanometrlik Exynos 1380 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 108 MP (optik stabilizasiya) + 8 MP + 2 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon OneUI 5.1 interfeysli Android 13 vasitəsilə çalışır. Galaxy M54-ün nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumatı Samsung daha sonra verəcək.
Paylaş
Bənzər xəbərlər