
Samsung şirkəti Galaxy A34 və A54 smartfonlarından başqa daha bir orta büdcəli model üzərində çalışır. Söhbət, Galaxy M54 smartfonundan gedir. İnsayderlər isə sözügedən smartfon barəsində yeni məlumatı təqdim ediblər. Beləliklə insayderlər tərəfindən verilmiş məlumata əsasən Galaxy M54 smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və əsas kamera obyektivi 108 MP-lik olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda hazırlanan Galaxy A34 modeli 48 MP-lik əsas kamera, Galaxy A54 modeli isə 50 MP-lik əsas kamera əldə etməlidir. Bundan əlavə olaraq insayderlər bildiriblər ki, Galaxy M54 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym Super AMOLED ekran və 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, smartfon Samsung-un Exynos 1380 adlı yeni prosessoru vasitəsilə çalışacaq. Galaxy M54-ün nə zaman təqdim ediləcəyi bilinmir.
Şərh yoxdur