
Samsung Galaxy Note 10 və Note 10+ smartfonlarının dəstəklərini dayandırıb
Samsung şirkəti Galaxy Note 10 və Note 10+ smartfonlarının dəstəklərini dayandırdığını elan edib. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlar müəyyən müddət ərzində yalnız təhlükəsizlik yenilənmələrini əldə edirdilər. Lakin bundan sonra Galaxy Note 10 və Note 10+ smartfonları üçün təhlükəsizlik yenilənmələrinin təqdim edilməsi də dayandırılacaq. Bu smartfonlar 2019-cu ilin ikinci yarısında təqdim olunmuşdular. Nəticədə Samsung onları 4 il ərzində dəstəkləmiş oldu. Maraqlısı ondadır ki, Galaxy Note 10 seriyasına daxil olan və 2020-ci ildə təqdim eidlmiş Galaxy Note 10 Lite smartfonu proqram təminatı yenilənmələrini hələ əldə etməyə davam edəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...