main-post-cover

    Samsung Galaxy Ring smart üzüyü bu ilin ikinci yarısında təqdim oluna bilər

    Cihazlar+
    22.02.2024
    Emil Nəcəfov
         Hələ bir neçə müddət bundan öncə Samsung rəsmisi bildirmişdi ki, şirkət bu ilin ikinci yarısında yeni növ cihazı təqdim etməyi planlaşdırır. Çox güman ki, söhbət, keçən ay anons edilmiş Galaxy Ring adlı smart üzükdən gedir. İndi isə ETNews saytı sözügedən smart üzüyün konkret olaraq nə zaman təqdim olunacağını və onun hansı özəlliklərə sahib olacağını açıqlayıb. Verilmiş məlumata əsasən Galaxy Ring smart üzüyü bu ilin ikinci yarısında keçiriləcək Galaxy Unpacked tədbiri çərçivəsində təqdim ediləcək.
         Qeyd etmək lazımdır ki, keçən ilin ikinci yarısında Galaxy Unpacked tədbiri 26 iyul tarixində baş tutdu və həmin tədbir çərçivəsində qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları təqdim olundu. Samsung-un təkcə smart üzük üçün nəzərdə tutulmuş ayrıca tədbiri çox güman ki, keçirtməyəcəyini nəzərə alaraq cihazın Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə birlikdə təqdimatı açıq-aydın görünür. Smart üzüyün sahib olacağı özəlliklərə gəldikdə isə məlumatda qeyd edilib ki, o, elektrokardioqrafiyanı reallaşdıra, qan dövranını və yuxu keyfiyyətini monitorinq edə biləcək. Galaxy Ring-in kontaktsız ödənişləri dəstəkləyəcəyi və distant şəkildə digər Galaxy cihazları ilə sinxronlaşa biləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6 vacib özəlliyindən məıhrum ola bilər
    samsung-galaxy-z-fold-6-vacib-ozelliyinden-meihrum-ola-biler
    Samsung keçən ilki cihazları üçün OneUI 6.1 istifadəçi interfeysini anons edib
    samsung-kecen-ilki-cihazlari-ucun-oneui-61-istifadeci-interfeysini-anons-edib
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 daha böyük həcmli batareyaları əldə edə bilərlər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-daha-boyuk-hecmli-batareyalari-elde-ede-bilerler
    Galaxy AI süni zəka funksiyaları Samsung Galaxy Watch və Galaxy Fit cihazlarında da istifadəyə veriləcək
    galaxy-ai-suni-zeka-funksiyalari-samsung-galaxy-watch-ve-galaxy-fit-cihazlarinda-da-istifadeye-verilecek
    Samsung-un yeni qatlana bilən OLED ekranı hərbi standart testlərindən keçib
    samsung-un-yeni-qatlana-bilen-oled-ekrani-herbi-standart-testlerinden-kecib