
Samsung Galaxy S10 smartfon seriyasının bir modeli istisna olmaqla digər modellərin dəstəyini dayandırıb
Cihazlar+
08.06.2023
Emil
Samsung Galaxy S10 smartfon seriyası 2019-cu ildə təqdim edilib və indiyənə kimi bu seriyanın bəzi modelləri təhlükəsizlik yenilənmələrini əldə etməyə davam edirdilər. İndi isə Samsung rəsmi şəkildə elan edib ki, Galaxy S10 smartfon seriyasının bir modeli istisna olmaqla digər bütün modellərinin dəstəyi dayandırılır. Qeyd etmək lazımdır ki, bu smartfon seriyasına S10, S10+, S10 Lite, S10e və S10 5G modelləri daxildir. Məlumatda qeyd edilib ki, bu smartfonlar arasında S10 Lite modeli istisna olmaqla digər bütün modellərin dəstəkləri dayandırılıb. S10 Lite isə müəyyən müddət ərzində təhlükəsizlik yenilənmələrini əldə etməyə davam edəcək. Nəzərə alsaq ki, S10 Lite əsas modellərdən 1 il sonra təqdim edilib, onun dəstəyinin gələn il dayandırılacağını gözləmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
