main-post-cover

    Samsung Galaxy S21 qutularında şarj cihazının olmayacağına dair daha bir sübut aşkar edilib

    Cihazlar+
    22.12.2020
    Farid Pardashunas
        iPhone 12 seriyasının təqdimatından sonra bir sıra istehsalçılar yeni iPhone-ların qutularında şarj cihazının olmaması səbəbilə Apple şirkətini gülüş mərkəzinə çevirmişdilər. Onların arasında Samsung şirkəti də var idi. Həmin vaxtda Samsung öz sosial media hesablarında Galaxy smartfonlarının qutularında şarj cihazının olması barəsində paylaşımlar etmişdi. Görünür, Samsung öz zarafatlarını geri çəkib. Belə ki, Galaxy smartfonlarının qutularında şarj cihazının olması ilə bağlı paylaşım şirkətin bütün media hesablarından silinib. Bu barədə 4pda saytı xəbər verib.
        Bunu aşkar edəndən sonra bir çoxları belə qənaətə gəldilər ki, Samsung da Apple kimi öz smartfonlarının qutularına şarj cihazını yerləşdirməyəcək. Qeyd etmək lazımdır ki, bu, ilk belə hadisə deyil. Vaxtı ikən Apple şirkəti iPhone 7-də 3.5 mm-lik audiogirişdən imtina edən zaman Samsung bu qərarı gülünc hesab edərək ona aid reklam kampaniyasına start vermişdi. Lakin keçən il Galaxy Note 10 seriyasının təqdimatından sonra həmin məsələyə aid bütün paylaşımlar silinmişdi. Belə ki, şirkət Galaxy Note 10 seriyasında 3.5 mm-lik audiogirişdən imtina etmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər