Samsung Galaxy S21 smartfonlarının enerji sərfiyyatları test edilib

Samsung Galaxy S21 smartfonlarının enerji sərfiyyatları test edilib

Mobil Cihazlar
26.01.2021 PAYLAŞIM

    İnternetdə Galaxy S21 smartfonlarının ilk test nəticələri ortaya çıxmağa başlayıb. Phonearena saytının mütəxəssisləri isə bu smartfonların enerji sərfiyyatlarını yoxlayıblar və digər smartfon modelləri ilə qarşılaşdırıblar. Nəticələr heç də birmənalı deyil. Qeyd etmək lazımdır ki, Galaxy S21 modeli 2400x1080 piksel keyfiyyətli 6.2 düym ekran, Galaxy S21+ modeli 2400x1080 piksel keyfiyyətli 6.7 düym ekran, Galaxy S21 Ultra modeli isə 3200x1440 piksel keyfiyyətli 6.8 düym ekran ilə təchiz olunur. Hər 3 smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.

    Batareya həcmlərinə gəldikdə isə Galaxy S21 modeli 4000 mAh, Galaxy S21+ modeli 4800 mAh, Galaxy S21 Ultra modeli isə 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Beləliklə 60 Hz-lik təsvir yenilənməsi ilə web serfing rejiimində Galaxy S21 modeli 9 saat 6 dəqiqə, Galaxy S21+ modeli 12 saat 11 dəqiqə, Galaxy S21 Ultra modeli isə 16 saat 7 dəqiqə enerji saxlaya bilib.


    Youtube-da video izləmə rejimində Galaxy S21 modeli 7 saat 36 dəqiqə, Galaxy S21+ modeli 8 saat 27 dəqiqə, Galaxy S21 Ultra modeli isə 8 saat 52 dəqiqə enerji saxlaya bilib. 60 Hz-lik təsvir yenilənməsinin işə salınması ilə mobil oyunların oynanması testində Galaxy S21 modeli 7 saat 9 dəqiqə, Galaxy S21+ modeli 8 saat 36 dəqiqə, Galaxy S21 Ultra modeli isə 8 saat 40 dəqiqə enerji saxlaya bilib. Bu smartfonların şarj müddəti testlərində əldə etdikləri nəticələr də maraq doğurur. Galaxy S21 modeli 100% enerjini 90 dəqiqəyə, Galaxy S21+ modeli 70 dəqiqəyə, Galaxy S21 Ultra modeli isə 69 dəqiqəyə yığıb. Qeyd etmək lazımdır ki, hər 3 smartfon 25 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel 6-nın keyfiyyətli render fotoları təqdim olunub

Google şirkətinin hələ təqdim olunmamış yeni Pixel smartfonlarının render fotoları internetdə ortaya..


Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxıb

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmas..


Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsi..


Galaxy S21-in maya dəyərinin Galaxy S20-nin maya dəyərindən daha aşağı olduğu mə..

Counterpoint Research şirkətinin analitikləri Galaxy S21 ilə Galaxy S20 flaqman smartfonlarının iste..


Redmi-nin ilk gamer smartfonu K40 Gaming Edition təqdim olunub - QİYMƏTİ

Xüsusi təqdimat tədbiri çərçivəsində Redmi brendi özünün ilk gamer smartfonunu təqdim edib...

×