main-post-cover

    Samsung Galaxy S21 smartfonlarının qutuları da şarj cihazından məhrum ola bilərlər

    Cihazlar+
    08.12.2020
    Farid Pardashunas
        Apple şirkəti iPhone 12-ni təqdim edən zaman elan etmişdi ki, iPhone 12-dən başlayaraq smartfonların qutularında şarj cihazı olmayacaq. Həmin vaxtda bir çox smartfon istehsalçıları bu cür qərara gülüş reaksiyası vermişdilər. Onların arasında Samsung şirkəti də var idi. Lakin görünür, Samsung da öz yeni flaqman smartfonunda bu cür addımı atacaq. Braziliyanın Anatel adlı nizamlayıcı orqanının təqdim etdiyi sənədlər bunu sübut edirlər. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən orqanın məlumatlar bazasında Samsung-un hələ təqdim edilməmiş smartfonlarının model nömrələri ortaya çıxıb.
        SM-G9918 / DS, SM-G996B / DSSM-G9988 / DS. Çox güman ki, bunlar Galaxy S21, S21 Plus S21 Ultra smartfonlarının model nömrələridir. Təqdim edilmiş sənədlərə əsasən sözügedən smartfonlardan heç birinin qutusunda şarj cihazı olmayacaq. Bir sıra analitiklərin fikirlərinə əsasən bu üsulla Samsung şirkəti smartfonların pərakəndə satış qiymətlərini aşağı salmağı və əlavə xərcləri 5G şəbəkələrinin dəstəklənməsi ilə yüksək tezlikli ekranların istifadəsinə sərf etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, bu məlumat hələ öz təsdiqini tapmayıb. Galaxy S21 seriyasının komplektasiyası barəsində dəqiq məlumat təqdimat zamanı veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər