Samsung Galaxy S21 Ultra ilə bağlı vacib məlumat təsdiqlənib

Samsung Galaxy S21 Ultra ilə bağlı vacib məlumat təsdiqlənib

Mobil Cihazlar
24.12.2020 PAYLAŞIM

    İnternetdə artıq uzun müddətdir məlumat gəzir ki, Samsung şirkəti özünün Galaxy Note seriyasından imtina edəcək. Lakin keçən həftə şirkət rəsmi olaraq bildirmişdi ki, 2021-ci ildə yeni Galaxy Note modelləri təqdim olunacaqlar. Buna baxmayaraq S Pen stilusunun təkcə Galaxy Note smartfonlarının deyil həmçinin digər Galaxy modellərininin də dəstəkləyəcəyi məlumatı həm insayderlər tərəfindən həm də Samsung təmsilçiləri tərəfindən dəfərlərlə təsdiqlənib. İndi isə ABŞ-ın Federal rabitə komissiyasının (FCC) saytında bu məsələ ilə bağlı məlumat ortaya çıxıb. Bu barədə 4pda saytı xəbər verib.

    FCC-ın hesabatında qeyd edilib ki, Samsung-un SMG9988 model nömrəsinə (Galaxy S21 Ultra) sahib flaqman smartfonu S Pen stilusunun dəstəyini əldə edəcək. Beləliklə FCC daha əvvəldən ortada gəzmiş vacib məlumatı təsdiqləmiş oldu. Lakin Galaxy Note seriyasından fərqli olaraq Galaxy S21 Ultra smartfonu S Pen stilusu üçün giriş hissəsi əldə etməyəcək. Bununla yanaşı FCC-nın məlumatları arasında qeyd edilib ki, smartfon ikitərəfli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bu texnologiya sayəsində Galaxy S21 Ultra vasitəsilə digər cihazları da şarj etmək mümkün olacaq. Son məlumatlara əsasən Galaxy S21 smartfon seriyası 14 yanvar tarixində təqdim olunacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib.


Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəl..


Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar..


Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyin..

Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib.


OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıx..


iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər..

Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonları L..

×